2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın İran İslam Respublikası ilə ticarət dövriyyəsi 257 milyon 964 min ABŞ dolları təşkil edib.
“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8.2% və ya 19.6 milyon ABŞ dolları artıb.
Qeyd edək ki, cari ilin beş ərzində Azərbaycandan İrana 6 milyon 86 min, İrandan Azərbaycana isə 251 milyon 878 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Beləliklə illik müqayisədə Azərbaycanın İrana ixracı 3.7% azalıb, İranın Azərbaycana ixracı isə 8.5% artıb.
Hesabat dövründə Azərbaycanın ümumi ixracının 0,06%-i, idxalının isə 2.53%-i İranın payına düşüb.
Əlavə edək ki, İrandan ölkəyə əsasən kənd təsərrüfatı, yeyinti və ərzaq məhsulları, yuyucu vasitələri, tikinti materialları və digər məhsullar idxal edilib.