Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb.
“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair iyulun 2-də keçirilən mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, iyunun 27-də Azərbaycan vətəndaşlarını Rusiyanın hüquq-mühafizə orqanlarının qətlə yetirməsi faktı ilə bağlı araşadırma başlanılıb:
“İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Həmin vaxt onlara ağır xəsarətlər yetirilib. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”.