AZ

Yekaterinburqda öldürülən Ziyəddin Səfərovun qətli ilə bağlı DƏHŞƏTLİ FAKTLAR – RƏSMİ 


“Ziyəddin Səfərov hadisə baş verən gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb”.

Bunu Baş prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair mətbuat konfransı zamanı Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov məlumat verilib.

O bildirilib ki, 27 iyun 2025-ci ildə Azərbaycan vətəndaşları Rusiyanın hüquq-mühafizə orqanları tərfindən öldürüıməsi nəticəsində araşadırma başlanılıb:


"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Əməliyyat qurumunun əməkdaşları tərəfindən onlara ağır xəsarətlər yetirilib. Nəticədə Hüseyin Səfərov elə həmin gen Yekaterinburq şəhərində ölüb. Ziyəddin Səfərov isə həmin gün səhər saatların Rusiya hüquq mühafizə-orqanlarının avtomobilində ölüb".


Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.




Seçilən
20
24
referans.az

10Mənbələr