EN

İƏT özəl sektorun nümayəndələri ilə daha sıx əməkdaşlıq edəcək

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) özəl sektorun nümayəndələri ilə daha sıx əməkdaşlıq etməyi planlaşdırır.

"Report"un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Çağatay Emre Öngüt bildirib.

"Bu gün burada iki ildə bir keçirdiyimiz Liderlər Zirvəsi toplantısı üçün toplaşmışıq. Builki Liderlər Zirvəsi toplantısında Azərbaycan hökuməti çox fərqli, gözəl yanaşma nümayiş etdirib. Belə ki, fərqli sahələrdə forumlarla işlərimizə başladıq", - o qeyd edib.

Onun sözlərinə görə, bu gün Şuşada keçiriləcək 6-cı İƏT biznes forumunda 10 üzv ölkədən 170-dən çox iş adamı bir araya gələcək: "Forumda əməkdaşlıqla bağlı məsələlər müzakirə ediləcək. Ümumiyyətlə, biz özəl sektorla daha yaxından işləməyi planlaşdırırıq. Bu forumla özəl sektorun nümayəndələri ilə daha tez-tez görüşlər keçirməyi düşünürük".

Chosen
24
50
report.az

10Sources