
“Rusiyada yaşayan azərbaycanlılara qarşı işgəncələrin tətbiqi beynəlxalq hüququn pozulmasıdır”
1news.az xəbər verir ki, bu sözləro Baş Prokurorluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin başlanmasına dair iyulun 2-də keçirilən mətbuat konfransında Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə səsləndirib.
O bildirib ki, Beynəlxalq sənədlərlə işgəncələrin verilməsi qadağan olunub. Azərbaycan Avropa İnsan Haqları Konvensiyasına üzv olsa da, Rusiya artıq bu Konvensiyadan çıxıb. Buna baxmayaraq, orada yaşayan azərbaycanlıların hüquqları pozulub", – deyə Samirə Nəcəfzadə qeyd edib.