EN

Qadınların əmək bazarında müvafiq yerə sahib olması diqqət mərkəzindədir - AİB nümayəndəsi

Laçın. Trend:

Qadınların əmək bazarında müvafiq yerə sahib olması diqqətmərkəzindədir

Trend-in Laçınaezam olunmuş müxbiri xəbər verir ki, bunu Asiya İnkişaf BankınınAzərbaycan üzrə nümayəndəsi Fərəc Hüseynbəyov ilk dəfə Laçındakeçirilən İƏT-in Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, qadınların bacarıqlarının inkişafetdirilməsi, rəqəmsal biliklər, texniki və peşə bacarıqları üzrətəlim kursları təşkil edilməsi əsas hədəflərdəndir:

"Məqsədimiz keyfiyyətli iş yerlərinin yaradılmasıdır, həmçininqadınlar üçün qeyri-ənənəvi olan peşələrə cəlb olunma imkanlarınınyaradılmasıdır. Əlbəttə ki, biz təhsillə bağlı olan maliyyədəstəklərimizi daha da artırırıq və bundan sonra da çalışırıq ki,bu baxımdan olan göstəricilər daha da yaxşılaşsın. Vətəndaşcəmiyyətinin qurulması, özəl sektorla iş birliyi, yaxşı təcrübəninbölüşdürülməsi, genderi nəzərə alan innovasiyalar sahəsində biz hərzaman fəaliyyət göstəririk. Asiya İnkişaf Bankı daim üzv dövlətlərəgender bərabərliyinin təhsil sektorunun planlarına daxil edilməsinədəstək verir ki, təhsil sahəsində göstərilən xidmətlərdə də genderbərabərliyi nəzərə alınsın. Asiya İnkişaf Bankı daim üzv dövlətlərəgender bərabərliyinin təhsil sektorunun planlarına daxil edilməsinədəstək verir ki, təhsil sahəsində göstərilən xidmətlərdə də genderbərabərliyi nəzərə alınsın".

F.Hüseynbəyov qeyd edib ki, yaşıl iqtisadiyyata keçid böyükimkanlar açır, lakin qadınlar da bu sahələrə təşviqedilməlidir:

"Asiya İnkişaf Bankı yaşıl bacarıqların qadınlar arasında təşviqolunması məqsədilə milli yaşıl inkişaf strategiyaları vəproqramların hazırlanması sahəsində öz dəstəyini verir. Bizqadınların əmək bazarında müvafiq yerə sahib olmasına da dəstəkveririk. Asiya İnkişaf Bankı gender bərabərliyinə gəldikdə, özsuveren fondlarının 60 faizini bu sahəyə yönəldir".

Məqalədə:
Chosen
35
1
az.trend.az

2Sources