EN

Şuşa Biznes Forumu İƏT-in potensialının performansa çevrilməsi üçün geniş imkanlar təklif edir - Yusif Abdullayev

Şuşa. TurkicWorld:

AZPROMO tərtb etdiyi yol xəritəsi çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsində öz dəstəyini göstərir.

TurkicWorld xəbər verir ki, bunu Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı deyib.

İcraçı direktor xatırladıb ki, Azərbaycan cari ildə İran və Pakistanla birgə forumlar həyata keçirib:

“Türkiyənin də aparıcı biznes təşkilatları ilə birgə layihələr həyata keçiririk. Ankarada Türkiyə-Azərbaycan biznes forumu keçirilib, Memorandum imzalanıb”.

Y.Abdullayev əlavə edib ki, bugünkü forum təşkilat daxilindəki potensialın performansa çevrilməsi üçün geniş imkanlar təklif edir.

“Bərpaolunan enerji, rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızı gücləndirməliyik.

AZPROMO ideyaları kapitala çevirməyə davam edəcək. Biz inanırıq ki, forum nəticələri İƏT sərhədlərindən kənarda da böyük töhfələr verəcək”, - deyə o fikrini tamamlayıb.

Chosen
19
1
turkic.world

2Sources