EN

Rusiyada OMON-çular tərəfindən saxlanılan daha bir azərbaycanlı HƏBS EDİLDİ

Yekaterinburqun Leninski Rayon Məhkəməsi OMON qüvvələri tərəfindən saxlanılan, əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinən daha bir azərbaycanlı - Şahin Lalayev barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Far.Az RBK-ya istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayəti məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.

"Məhkəmə müstəntiqin vəsatətinə baxaraq, Lalayev Şahin Məmmədalı oğlu barəsində 2025-ci il iyulun 19-u daxil olmaqla, barəsində həbs-qətimkan tədbiri seçilib", - məlumatda deyilir.

Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev həbs olunublar.

Chosen
46
50
far.az

10Sources