AZ

Antalyanın bələdiyyə başçısı həbs edildi

Antalyada aparılan rüşvət təhqiqatı çərçivəsində saxlanılan Antalya Böyükşəhər Bələdiyyə sədri Muhittin Böcek barəsində məhkəmə həbs qərarı çıxarıb.
 
Moderator.az "Haber Global" telekanalına istinadla xəbər verir, o, həbsxanaya yerləşdirilib.
 
Bildirilir ki, Antalya Prokurorluğu tərəfindən aparılan təhqiqatda Böcekdən başqa, onun oğlu Mustafa Gökhan Böcek və keçmiş gəlimi Zeynep Kerimoğlu da rüşvət ittihamı ilə dindirilib.
 
Məhkəmə Kerimoğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçib.
 
Qeyd edək ki, ötən gün Türkiyədə keçirilmiş əməliyyatlar nəticəsində Adana və Adıyaman bələdiyyə başçıları, eləcə də 10-dan bələdiyyə işçisi saxlanılmışdı.
Seçilən
5
39
moderator.az

10Mənbələr