EN

Azərbaycanın İƏT region ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 8 milyard dollardır - ASK prezidenti

Şuşa. Trend:

İƏT-ə üzv ölkələrdə təxminən 560 milyondan çox insan yaşayır vəümumi sahəsi 8.1 milyon kvadrat kilometrdir.

Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki,bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları MilliKonfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Şuşada keçirilənİqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışızamanı deyib.

“Üzv İƏT-in nominal ümumi daxili məhsulu 2023-cü ildə təqribən2.4 trilyon dollar təşkil edib ki, bu da ümumdünya ÜDM-nin 2.3%-ideməkdir. Üzv ölkələrin ümumi ixracının həcmi təxminən 650 milyarddollardan çoxdur ki, bu da ümumdünya ixracının 0.2 %-i deməkdir”, -deyə o vurğulayıb.

M.Musayev əlavə edib ki, Azərbaycan son illər ərzindəgenişmiqyaslı iqtisadi islahatlar həyata keçirərək sahibkarlığıninkişafına xüsusi önəm verib:

“Özəl sektorun iqtisadiyyatımızdakı çəkisi artıb, qeyri-neftixracı yeni bazarlara çıxıb və rəqəmsal transformasiya sahəsindəmühüm addımlar atılıb. Bu təcrübəni ECO regionu ölkələri iləbölüşmək, qarşılıqlı investisiya təşviqini gücləndirmək üçünkonkret əməkdaşlıq mexanizmlərinə ehtiyac var”.

ASK prezidentinin sözlərinə görə, hazırda Azərbaycanın İƏTregion ölkələri ilə xarici ticarət dövriyyəsinin həcmi 8 milyarddollardır. Bu rəqəm cəmi ticarət dövriyyəsinin təxminən 17 %-ideməkdir.

M.Musayev vurğulayıb ki, bu forumun əsas mövzusu - investisiyavə ticarətin təşviqi ASK üçün olduqca aktualdır:

“İƏT regionunun davamlı inkişafı və iqtisadi inteqrasiyasıistiqamətində bizneslərin oynadığı rolu yüksəkqiymətləndiririk.

Təşkilatımız hər zaman öz üzvləri ilə birlikdə ticarət vəinvestisiya əlaqələrinin genişlənməsinə, xüsusilə yaşıliqtisadiyyat, aqrar istehsal, rəqəmsal transformasiya və logistikakimi prioritet sahələrdə birgə təşəbbüslərin dəstəklənməsinə xüsusiönəm verir.

Sahibkarlar arasında birbaşa ünsiyyət, B2B platformaları buforumun ən real nəticələrini təmin edəcək.

Region daxilində ortaq müəssisələrin yaradılması, investisiya vəbiznes mühitinin əlverişliliyinin yüksəldilməsi üçün normativbazaların bir-birinə uyğunlaşdırılması kimi mövzuların ön planaçəkilməsi bu forumun əsas töhfələrindən biri ola bilər”.

O qeyd edib ki, dayanıqlı inkişaf yalnız sərmayə ilə deyil,etimad və əməkdaşlıq ruhu ilə mümkündür.

“Gəlin bu ruhu qoruyub saxlayaq və onu gələcək nəsillər üçüniqtisadi sabitlik və ənənəyə çevirək”, - deyə o fikrinitamamlayıb.

Məqalədə:
Chosen
341
50
az.trend.az

10Sources