EN

Şuşada İƏT Biznes Forumunun açılış mərasimi keçirilib - FOTO - YENİLƏNİB

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İnvestisiya və ticarətin təşviqi İƏT regionunda davamlı inkişaf üçün katalizator kimi” mövzusunda Biznes Forumu başlayıb.

APA-nın xəbərinə görə, açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycanın İƏT ölkələri ilə ticarət dövriyyəsi 10 faiz artıb və artıq 3,5 milyard dollara çatıb.

Elnur Əliyev Azərbaycanda İƏT ölkələrinin 10 mindən çox şirkətinin fəaliyyət göstərdiyini, ötən dövrdə İƏT ölkələri tərəfindən Azərbaycana 22 milyard dollardan çox investisiya qoyulduğunu nəzərə çatdırıb.

Nazir müavini qeyd edib ki, İƏT ölkələri artıq Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında iştirak edir: “Birlikdə ortaq baxışlarımızı dayanıqlı inkişafa çevirə bilərik. Azərbaycan birgə potensialımızı xalqlarımızın mənafeyi naminə istifadə etməyə hazırdır”.

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Əsəd Məcid Xan İƏT ölkələrinin dünya iqtisadiyyatında çəkisi 4,4 faizdir ki, bu da real potensialdan aşağıdır. Əsəd Məcid Xan İƏT ölkələri arasında ticarəti asanlaşdıracaq Memorandumun iyulun 25-dək imzalanması üçün ölkələri daxili prosedurları sürətləndirməyə çağırıb: “İƏT ölkələri arasında gömrük sahəsində sənəd imzalanmağa da hazırdır. Bu, üzv ölkələr arasında gömrük sahəsində prosedurları sürətləndirəcək. Bu, tarixi bir sammitdir. Biz Prezident İlham Əliyevə təşəkkür edirik, onun təşəbbüsü ilə İƏT Həftəsi keçirilir, bir yerə toplaşmışıq”.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini zəruri sayıb: “Biz İƏT regionunda yeni gündəlik üzərində çalışacağıq”.

İƏT Ticarət və Sənaye Palatası (ECO CCI) və Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif İkram Şeyx uğurlu ev sahibliyinə görə Azərbaycana təşəkkür edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Prezidenti Məmməd Musayev İƏT ölkələri arasında ticarət dövriyyəsinə dair göstəricilər barədə danışıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İƏT ölkələri arasında kənd təsərrüfatı, tekstil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləyib: “Azad olunmuş ərazilərdə fəaliyyətlə bağlı 3700 –dən çox şirkətdən müraciət daxil olub. İƏT ölkələrinin şirkətlərinin də azad olunmuş ərazilərdə aktiv fəaliyyətini zəruri sayırıq”.

Keçən il KOBİA-nın təşkil etdiyi Halal Biznes Forumu barədə məlumat verən Orxan Məmmədov bu ilin oktyabrında da Bakıda ikinci Halal Biznes Forumu keçiriləcəyini nəzərə çatdırıb: “Gəlin KOB-larımızı da yaxınlaşdıraq, faydalı əməkdaşlıqlar quraq”.

Forumda Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib. Ailə fotosu ilə açılış mərasimi başa çatıb.

***

10:48

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumu başlayıb.

Bu barədə APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

İƏT Həftəsi çərçivəsində keçirilən 6-cı Biznes Forumu “İnvestisiya və ticarətin təşviqi İƏT regionunda davamlı inkişaf üçün katalizator kimi” mövzusuna həsr edilib.

Şuşada Şuşada Şuşada Şuşada
Chosen
4
43
apa.az

10Sources