EN

Zaxarova: Azərbaycan bundan narazılıq etməyib

Axar.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan “Sputnik Azərbaycan” agentliyindən narazılıq etməyib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Bütün bu illər ərzində bu mətbuat orqanı fəaliyyət göstərib, onun əməkdaşlarının əksəriyyəti Azərbaycan vətəndaşıdır, orada Rusiya vətəndaşları da olub və Azərbaycan tərəfinin bu media orqanı ilə bağlı nə formada, nə də məzmunda heç bir narazılığı olmayıb”, - o bildirib.

Qeyd edək ki, DİN “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirib və 7 nəfər saxlanılıb. Onlardan iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
3
axar.az

4Sources