EN

Çempionlar Liqası: Bu gün “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşəcək

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

Bu gün basketbol üzrə Çempionlar Liqasının müntəzəm mövsümünün püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da İsveçrənin Lozanna şəhərində start götürəcək mərasimdə Azərbaycan çempionu “Sabah”ın da rəqibləri müəyyənləşəcək.

Bakı klubu püşkatmaya 3-cü səbətdən qoşulacaq.

1-ci səbət: AEK (Yunanıstan), “Alba” (Almaniya), “Drimlənd” (İspaniya), “Xoventut”, “La Laquna” (İspaniya), “Unikaxa” (hamısı İspaniya), “Qalatasaray” (Türkiyə), “Ritas” (Litva);

2-ci səbət: “Nimburk” (Çexiya), “Filu” (Belçika), “Hapoel Natanel” (İsrail), “İqokea” (Bosniya və Herseqovina), “Promiteas Vikos Kola” (Yunanıstan), “Benfika” (Portuqaliya), “Tofaş” (Türkiyə), “Riqa” (Latviya);

3-cü səbət: "Bney Herzliya" (İsrail), "Şole" (Fransa), "Legiya" (Polşa), "Le mans Sart" (Fransa), "Mersin İdman Klubu" (Türkiyə), "Sabah" (Azərbaycan), "Solnoki" (Macarıstan), "Vurzburq Baskets" (Almaniya);

4-cü səbət: “Karditsa” (Yunanıstan), “MLP Akademiks” (Almaniya), “Pallakanestro”, “Trapani Şark” (hər ikisi İtaliya), “Spartak Ofis Şuz” (Serbiya), təsnifat mərhələlərinin üç qalibi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
50
azertag.az

10Sources