18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunun ilk oyununda əzmkar qələbə qazanaraq ölkə qadın basketbolu tarixində ilkə imza atıb.
Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev şəxsi feysbuk hesabında yazıb.
ABF rəhbəri tarixi qalibiyyət münasibəti ilə yığmanı təbrik edib: "Sizə afərin, sizə əhsən. Böyük qələbələrimiz hələ irəlidədir. Uğurlar".