Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 2 iyul, AZƏRTAC
Klublararası dünya çempionatının 1/8 final mərhələsində İngiltərənin "Mançester Siti" komandasına əlavə vaxtda 4:3 hesabı ilə qalib gələn Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçularına böyük məbləğdə pul mükafatı verilib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, oyunçuların hər biri 2 milyon Səudiyyə rialı (təxminən 452 min avro) alıblar.
Matçdan sonra klub prezidenti Fahad bin Nafel paltardəyişmə otağına gedərək futbolçuları şəxsən təbrik edib.
Qeyd edək ki, bu qələbə sayəsində "Əl-Hilal" turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb. Komanda iyulun 4-də Braziliya təmsilçisi "Fluminense" ilə qarşılaşacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.