EN

İqor Dodon: "Avropa İttifaqı Moldovanı Şərqdəki rəqiblərinə qarşı tramplin kimi istifadə edir"- ÖZƏL

Moldovanın sabiq prezidenti, Sosialistlər Partiyasının lideri İqor Dodon Avropa İttifaqını (Aİ) Moldovanı geosiyasi məqsədləri üçün istifadə etməkdə ittiham edib. O bildirib ki, Aİ hazırkı prezident Maya Sandu və onun rəhbərlik etdiyi Fəaliyyət və Həmrəylik Partiyasını (FHP) dəstəkləməklə ölkəni Şərqdəki rəqiblərinə qarşı bir plasdarma çevirmək niyyətindədir.
Olaylar.az xəbər verir ki,  bu fikirləri Dodon 4 iyulda Kişinyovda keçiriləcək Aİ-Moldova sammiti ərəfəsində səsləndirib. Sammitdə Avropa Şurasının yeni sədri Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin iştirakı gözlənilir.
"Avropa İttifaqının rəhbərliyinə, Maya Sandunu şəxsi kampaniyasının mərkəzinə qoyan siyasətinə inamım yoxdur. Aİ hərbi bloka çevrilir və Moldovanı Şərqdəki geosiyasi rəqiblərinə qarşı istifadə etmək istəyir. Əgər həqiqətən də Moldova dəstəklənmək istənilirsə, bu, Sanduya şəxsi üstünlük qazandırmaqla deyil, xalq naminə olmalıdır. Axı yollar Maya Sandunun şəxsi vəsaiti ilə deyil, bizim uşaqların ödəyəcəyi kreditlərlə çəkilir", - deyə Dodon Rlive telekanalına müsahibəsində qeyd edib.
O əlavə edib ki, Moldova Brüsselin Rusiyaya qarşı siyasətinə qoşulmamalıdır. "Hətta Rusiyanı sərt tənqid edən Fransa prezidenti Emmanuel Makron belə Rusiya və Putinlə dialoqun vacibliyini anlayır. Bizim Rusiyaya ehtiyacımız var - ucuz enerji, bazarlar və iqtisadi əməkdaşlıq üçün. Ona görə də Moldova milli maraqları naminə Rusiya ilə dialoqu davam etdirməlidir", - deyə Dodon vurğulayıb.
Aİ-Moldova sammiti ölkədə müxalif partiyalar tərəfindən də tənqid olunub. Onlar bu tədbirin 28 sentyabrda keçiriləcək parlament seçkiləri öncəsi Maya Sanduya və onun partiyasına dəstək məqsədi daşıdığını bildirirlər. Qeyd olunur ki, keçən ilin oktyabrında keçirilən prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendumda Ursula fon der Leyen Kişinyova səfər edərək Sanduya səs verməyə çağırmış, lakin bu çağırış ölkə daxilində uğursuzluqla nəticələnmişdi. Hakimiyyətin yalnız Aİ ölkələrində açılan 200 seçki məntəqəsində əldə etdiyi cüzi üstünlüklə nəticəni dəyişdirdiyi iddia edilir. Müxalifət həmin seçkilərin saxtalaşdırıldığını və parlament seçkilərində də eyni üsulun Brüsselin dəstəyi ilə təkrarlanacağından narahatdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
11
olaylar.az

10Sources