AZ

“Putin sizi və Amerikanı ələ salır Respublikaçıların üzvü Trampa çağırış etdi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ-də Respublikaçılar Partiyasının üzvü Co Beykon Prezident Donald Trampın Rusiyaya qarşı siyasətinin iflasa uğradığını bildirib və onun Ukraynaya daha güclü dəstək göstərməyə çağırıb. 

Beykon sosial şəbəkə hesabından etdiyi paylaşımda yazıb:“Cənab Prezident, sizin Rusiyaya münasibətdə yürütdüyünüz siyasət işləmir. Biz hələ də danışıqlar aparırıq, amma Putin Ukraynanın şəhərlərini bombalayır. Bu gecəki Kiyev bunun bariz nümunəsidir".

Onun sözlərinə görə, Trampın artıq Rusiyaya qarşı strategiyasını dəyişməsinin vaxtı çatıb:“Biz və müttəfiqlərimiz Ukraynanı son dərəcə güclü silahlarla təmin etməliyik. Eyni zamanda Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq olunmalıdır. Putin sizi və Amerikaynı açıq şəkildə ələ salır”.

"AzPolitika.info"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
50
azpolitika.info

10Mənbələr