EN

Bahar Muradova Azərbaycanda qohum evlilikləri ilə bağlı qadağadan danışdı

LAÇIN, 2 iyul. TELEQRAF

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qohum və erkən nikaha təşəbbüslə bağlı qadağanın qüvvəyə minməsindən danışıb.

Teleqraf-ın Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, komitə sədri bununla bağlı Laçında keçirilən ECO Qadınlar Forumu zamanı jurnalistlərin sualını cavablandırıb.

O bildirib ki, bu, xoşagəlməz alların qarşısını alınmalıdır və alınacaq:

“Prosesi tənzimləməyə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların prosesdə ardıcıl iştirakı və töhfəsi faydalı olacaq. Qohum evlilikləri və erkən nikahla bağlı qanunazidd hər hansı əməl mütləq şəkildə məsuliyyət yaradır. Daha əvvəl maarifləndirmə ilə məşğul olurduqsa, indi konkret qadağaları əsas gətiririk. Bu əməli törədənlər, qanunun müəyyən etdiyi normanı nəzərə almayanlar mütləq şəkildə cəzalanacaqlar".

Chosen
31
teleqraf.com

1Sources