ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
“Yuventus”un baş məşqçisi İqor Tudor Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “Real”a uduzduqları oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, yerli mətbuata danışan mütəxəssis 0:1 hesabıyla başa çatan matçla bağlı bunları deyib:
“Futbolçuları təbrik edirəm. Matça yaxşı başladıq. Oyundan əvvəl bu planları etmişdik və meydanda göstərə bildik. Qol vurmaq üçün çox çalışdıq, hər şeyi etdik, olmadı. Oyunun sonlarında 10 futbolçu əvəzləmə etdi. Yorğunluq həddindən artıq çox idi.
Komandam güclü rəqibə qarşı əlindən gələni etdi. İndi evə qayıdırıq və bir az istirahət edib, işə başlamalıyıq”.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.