AZ

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq RƏSMİ

ain.az bildirir, Fanat portalına istinadən.

Altıqat İngiltərə çempionu Kayl Uoker karyerasını yenidən Premyer Liqada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, "Mançester Siti"dən ayrılan futbolçu "Börnli" klubuna keçib. 

Bu barədə sözügedən klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

35 yaşlı ingilis müdafiəçi yeni klubu ilə 2 il müddətinə müqavilə imzalayıb. 2024/2025 mövsümünün sonunda Çempionşipdə 2-ci yeri tutaraq Premyer Liqaya qayıdan "Börnli"ni Skott Parker çalışdırır. Hansı ki, ikili vaxtilə "Tottenhem"də komanda yoldaşı olublar. Maraqlı təsadüfdür ki, "Börnli"nin Premyer Liqaya qayıdışı avqustun 16-da səfərdə "Tottenhem"lə görüşə təsadüf edəcək. 

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
30
fanat.az

10Mənbələr