AZ

"Araz-Naxçıvan"ın futbolçusu karyerasını "Karvan"da davam etdirəcək

Vadim Abdullayev özünə yeni komanda tapıb. Mövsüm bitən kimi "Araz-Naxçıvan"dan göndərilən yarımmüdafiəçi bölgə klubunda oynayacaq.
 
Moderator.az xəbər verir ki, 30 yaşlı oyunçu "Karvan"la razılıq əldə edib. O, qarşıdakı mövsümü Yevlax klubunda keçirəcək.
 
Bir ara milli komandaya da dəvət alan Vadimin keçidi rəsmiləşən kimi klub tərəfindən açıqlanacaq.
Seçilən
0
33
moderator.az

10Mənbələr