EN

ABŞ Ukraynaya hərbi dəstəyi azaldır

Vaşinqton vəd etdiyi silahları Kiyevə göndərməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə  “Politico” məlumat yayıb.

Qeyd edilir ki, ABŞ bu addımı Pentaqonun anbarlarının təftişindən sonra atıb.

Vaşinqton öz nəticələrinə əsasən belə qənaətə gəlib ki, zenit raketləri, artilleriya mərmiləri və digər yüksək dəqiqlikli hərbi sursatların sayı getdikcə azalır və bu narahatlıq doğurur.

Nəşr qeyd edir ki, Co Bayden tərəfindən təsdiqlənmiş Ukraynaya yardımın bir hissəsinin dayandırılması qərarı iyunun əvvəlində verilib, lakin indi qüvvəyə minir.

Chosen
33
ikisahil.az

1Sources