“Donald Tramp məndən Fransanın birinci xanımı Bricit Makronun bioloji kişi ola biləcəyi ilə bağlı yayılan şayiələrin araşdırmasını dayandırmağı xahiş edib”.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri amerikalı jurnalist Kendis Ouens deyib.
Ouensin sözlərinə görə, Fransa prezidenti Makron şəxsən Trampa müraciət edərək jurnalistə təsir etməsini istəyib.
Bunun ardınca, Tramp jurnalistə zəng vuraraq Bricitin bioloji “qadın” olduğunu deyib. Üstəlik, ABŞ prezidenti jurnalistə araşdırmanı dayandırması müqabilində, ödənişli müsahibəyə razı olması ilə bağlı söz verib.
Bizim.Media