AZ

Yeni DƏB – Şəhərə “zombi”lər GƏLƏCƏK – FOTO

Sökük corablar, cırıq şalvarlar, əzik, saxta ləkəli köynəklər, pırtlaşıq saçlar - bu mövsüm qəfildən populyarlıq qazanıb. Gənc qızlar kütləvi şəkildə pintilik dəbini dəstəkləyib, “axmış” makiyajla küçələrə çıxıblar. 

Bizim.Media xəbər verir ki, bu tərz Tiktok platformasında yaranıb, feminist müğənni Lola Yanqın “Mən çox pintiyəm” mahnısının viral olması ilə başlayıb. 

Pinti görünüş bu günə qədərki səliqəli qız estetikasını, təmiz və sağlam həyat tərzini əvəzləyib.
 

İndi gənc qızlar, əksinə, ütüləməkdən, təbii makiyajdan imtina edərək, bilərəkdən dağınıq geyinməyə başlayıblar.


Sosial şəbəkələrlə yanaşı, bu tərz artıq podiumlara da köçüb: hətta Paris Moda Həftəsində modellər pinti, zombisayağı görünüşlərdə keçid ediblər. “Dior”, “Chloe” kimi lüks brendlər də trendə qoşulub. Bununla demək istəyiblər ki, hətta qeyri-mükəmməllik də stilizə edilə, satıla bilər. 


Bizim.Media

Seçilən
3
50
bizim.media

10Mənbələr