EN

Universitetlərdə rus dilində tədrisin dayandırılması iddiaları ilə bağlı RƏSMİ AÇIQLAMA – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanın ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı iddialar yayılıb.

Bununla bağlı rəsmi sənədlərdən fərqlənməyən bildiriş hazırlanıb və sosial şəbəkələrdə sürətlə yayılmaqdadır. Həmçinin "WhatsApp" qrupları vasitəsilə yayılan bildirişlə bağlı tələbələr arsında da təşviş yaranıb.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzazadə məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
 

MÖVZU İLƏ BAĞLI:

Universitetlərdə rus dilində tədrisin dayandırılması xəbəri feykdir - EKSKLÜZİV


“Dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur”, deyə Nazirliyin rəsmisi bildirib.


Bizim.Media

Chosen
22
50
bizim.media

10Sources