Olaylar.az xəbər verir ki, o, "İndi BMT Təhlükəsizlik Şurasının sanksiyalarını avtomatik qaydada bərpa edən 'snapback' mexanizmini işə salmağın vaxtıdır. Almaniya, Fransa və Birləşmiş Krallığı bu sanksiyaları tam şəkildə bərpa etməyə çağırıram", - deyə Saar "X" sosial platformasında bildirib.
İsrailin xarici siyasət idarəsinin rəhbəri Tehranın bu qərarını "biabırçı" adlandırıb və bunun İranın nüvə sahəsində beynəlxalq öhdəliklərindən tam imtinası olduğunu deyib: "Beynəlxalq ictimaiyyət dərhal qəti addımlar atmalı, İranın nüvə ambisiyalarını dayandırmaq üçün bütün imkanlardan istifadə etməlidir".
Xatırladaq ki, çərşənbə günü İran Prezidenti Məsud Pezeşkian Tehranla MAQATE arasında əməkdaşlığın dayandırılması barədə qanunu imzalayıb. İran dövlət televiziyasının yaydığı məlumata görə, sənəd prezident tərəfindən imzalandığı andan qüvvəyə minib və icrası məcburidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31