AZ

Britaniya Xarici İşlər naziri Lammi Suriya ilə diplomatik münasibətlərin bərpa olunduğunu elan etdi- ÖZƏL

Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Suriya ilə diplomatik münasibətlərin bərpa olunduğunu elan edib.

Olaylar xəbər verir ki,bu barədə Dəməşqə səfəri zamanı bildirib.

"Britaniya diplomatik münasibətləri bərpa edir, çünki bu, bizim maraqlarımızdadır - yeni hökumətin bütün suriyalılar üçün sabit, daha təhlükəsiz və firavan bir gələcək qurmaq səylərini dəstəkləmək istəyirik", - deyə bildirib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp 1 iyuldan etibarən Suriyaya qarşı sanksiyaların ləğvi ilə bağlı fərman imzalayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Rusiya Suriyanın hazırkı rəhbərliyi ilə münasibətləri davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
50
olaylar.az

10Mənbələr