BAKI,2 iyul. TELEQRAF
“Sabah"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində rəqibi Sloveniyanın "Tsele" klubu yarımmüdafiəçi transfer edib.
Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Darko Hrka ilə 2027-ci ilə qədər müqavilə imzalanıb.
Onun son klubu Sloveniya "Nafta"sıolub. 25 yaşlı futbolçu ötən mövsüm bütün yarışlarda 37 oyun keçirib.
Qeyd edək ki, "Sabah" "Tsele" ilə ilk iyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.