Rusiyadakı xarici diasporlar ləğv edilməlidir.
Herbiand.az bildirir ki, bunu Telegram-da Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının (İHŞ) üzvü Marina Əhmədova deyib.
O, Rusiya ilə Azərbaycan arasında artan gərginliyi belə şərh edib.
“Diasporlar ləğv edilməlidir, onlar qeyri-qanuni qurumlardır”, - Əhmədova yazıb.
İnsan Hüquqları Şurasının üzvü vurğulayıb ki, heç bir dövlət qurumunun bu cür strukturlarla əlaqəsi olmamalıdır: “Bu, təkcə azərbaycanlılardan ibarət olan diaspora aid deyil”.
Bəxtiyar CƏFƏRLİ