EN

Asan Cakişev: "Qazaxıstan regionda əsas tranzit qovşağı statusunu gücləndirir"

Qazaxıstan regionda əsas tranzit qovşağı kimi mövqeyini gücləndirir.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qazaxıstan Xarici Ticarət Palatasının sədr müavini Asan Cakişev Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 6-cı biznes forumunda bildirib.

O qeyd edib ki, Qazaxıstanın nəqliyyat-logistika sahəsi ən vacib tranzit həlqəsi olaraq qalır: "Ölkə şimal-cənub və şərq-qərb istiqamətlərində infrastrukturu fəal şəkildə inkişaf etdirir".

A.Cakişev bildirib ki, Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) xüsusi diqqət yetirir: "2024-cü ildə bu istiqamətdə daşımaların həcmi 4,5 milyon tona çatıb. Hazırda logistikanın rəqəmsallaşdırılması, infrastruktur qovşaqlarına investisiyaların cəlb edilməsi və marşrutun inkişafı üçün etibarlı bazanın formalaşdırılması istiqamətində fəal iş aparılır".

Chosen
17
27
report.az

10Sources