Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.
O bildirib ki, digərləri isə bu mərasimləri daha çox formal və zahiri bir çərçivədə görür, bəzən də dini ritualın mənəvi dərinliyindən çox, onun ictimai və maddi tərəflərinə yönəlir:
"Hazırkı gənclik daha çox sual verən, araşdıran, məntiq axtaran bir nəslə çevrilib. Onlar sadəcə “belə gəlib, belə də gedər” yanaşmasına tabe olmaq istəmirlər. Dini mərasimlərin mahiyyətini, əsasını, məqsədini anlamaq istəyirlər. Əgər bir dini mərasimdə mənəviyyat, insani dəyərlər, mərhəmət, təvazökarlıq və hikmət yoxdursa, sadəcə adət və ad gününə çevrilibsə, o zaman gənc bu mərasimdən uzaqlaşır.
Digər tərəfdən, bəzi dini mərasimlərdə israfçılıq və ya maddi yükə çevrilmiş ənənəvi tələblər gənclərin narazılığına səbəb olur. Bu gənclik, daha sadə, mənəvi və hikmətli bir yanaşmanı qəbul edir. Onlar dini mərasimlərin formalizmə deyil, səmimiyyətə dayanmasını istəyirlər. Bunu dinin özündə də görürlər. Çünki İslam dini rahatlıq dini, ağıla və qəlbə xitab edən bir sistemdir".
İlahiyyatçının sözlərinə görə, əgər biz gənclərə dini mərasimlərin hikmətini, məqsədini, insani tərəfini doğru dildə və şəffaf şəkildə başa salsaq, onlar bu mərasimlərdən uzaq qaçmazlar, əksinə, sevə-sevə iştirak edərlərdə:
"Amma əgər biz onları yalnız tənqid etsək, zorla, qorxu ilə bu mərasimlərə cəlb etməyə çalışsaq və ya onları mənasız xərclərlə, formal yanaşmalarla yükləsək, təbii olaraq soyuqluq yaranacaq. Biz gənclərə dinin bütün məsələlərini izah edib doğru və səhv inancları öyrətməliyik. Bu proses təhsildə həyata keçirilməlidir. Orta və ali məktəblərdə ümumi dinlər və din haqqında anlayışlar gənclərə doğru istiqamətdə öyrədilməlidir.
Gənclik səmimiyyət axtarır, mənəviyyat axtarır. Ona görə də dini mərasimlər öz mahiyyətinə – yəni Allaha yaxınlaşma, mərhəmət, birlik, dua və düşüncə üzərində qurularsa, gənclər onlara sevgi ilə yanaşacaq. Əgər bu mərasimlər sadəcə mövsümi tədbir və ya sosial təzyiqə çevrilərsə, o zaman gənclik ondan uzaqlaşacaq".
O qeyd edib ki, bu günün gəncliyi keçmişin kopyası deyil:
"Onlar fərqli dövrdə, fərqli informasiya mühitində formalaşıblar. Bizim borcumuz onları anlamaq, dinin mahiyyətini izah etmək və dini mərasimləri onların düşüncə tərzinə uyğun dildə təqdim etməkdir. Ancaq bu zaman həm din qazanacaq, həm gənclik, həm də cəmiyyət. Müxtəlif inancların olduğu Vətənimizdə gənclər də müxtəlifdir. Onların baxış tərzləri də müxtəlifdir. Əsasən ailədən daha çox təsirlənən gənclərimiz də var. Uşaqlıqdan hansı mühitdə böyüməsindən asılı olaraq gənclərimizin dini baxışları da müxtəlifdir".
Əfsanə Kamal
Demokrat.az
10Sources
-
azxeber.comRuslan Əhmədoğlunun nəşi Bakıya gətirildi FOTO ( 19044229)
-
avtosfer.azHəm sərxoş, həm də hoqqabaz sürücü qəza törətdi 2 yaralı VİDEO ( 19043266)
-
xezerxeber.azKişi gəlinini öldürüb, arvadını yaralayıbVİDEO ( 19043119)
-
apa.azKİV: Rusiyada kafeyə qumbara atılıb, ölən və yaralılar var ( 19041256)
-
olay.azSerenayla Hande məhkəmədə ağladı ( 19040878)
-
tribunainfo.azMedvedev öz ampluasında: Bu dəfə onu təhqir etdi ( 19039330)
-
tribunainfo.azMedvedev öz ampluasında: Bu dəfə onu təhqir etdi ( 19039237)
-
sia.azKursk şəhərinin mərkəzində partlayış baş verib... ( 19038598)
-
news24.azİlham Əliyev - Ərdoğan müttəfiqliyi: Yeddi ayda yeddi görüş ( 19031677)
-
525.azVecsizlik girdabında boğulan dünya və apatiyalaşan cəmiyyət Günel Musa yazır ( 19038007)