AZ

Həm sərxoş, həm də hoqqabaz sürücü qəza törətdi 2 yaralı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə hərəkətin intensiv vaxtı avtomobillə kəskin manevrlər edən sürücü qəza törədib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Bursanın Yıldırım rayonunda baş verib.

Belə ki, A.M adlı sürücü idarə etdiyi “Fiat” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitələrin arası ilə kəskin manevrlər etməyə başlayıb. Bir müddət sonra isə idarəetməni itirən sürücü maşını “Hyundai”a vurub.

Qəzada nəticəsində A.M.-nin avtomobilində olan iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ətrafdakı vətəndaşların çağırışı ilə hadisə yerinə polis və tibb qrupları gəlib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb.

Alkoqol testindən keçirilən sürücünün 1,60 promil sərxoş olduğu müəyyən olunub.

Polis əməkdaşları A.M. barəsində qanunamüvafiq tədbir görüblər.

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
5
avtosfer.az

10Mənbələr