Bakı. Trend:
“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət (KSM)Komitəsinin Daşkəsən rayonunun sakinləri ilə növbəti görüşükeçirilib.
Görüşdə “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – sədr müavini,QSC-nin KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev, Daşkəsən Rayonİcra Hakimiyyətinin başçısının müavini Vüqar Məmmədov və komitəüzvləri iştirak ediblər.
Ənənəvi xarakter daşıyan görüşün məqsədi yerli icmalarla işingücləndirilməsi, görülən işlərlə bağlı onların məlumatlandırılması,sosial ehtiyacların öyrənilməsi, rəy və təkliflərindinlənilməsidir.
Görüşdə 2025-ci ilin birinci yarısında “AzerGold” QSC tərəfindənicra edilən, cari ilin ikinci yarısında planlaşdırılan sosial vəekoloji layihələr haqqında məlumat verilib.
Qeyd olunub ki, hesabat dövründə Səhmdar Cəmiyyəti tərəfindənətraf mühitin mühafizəsi, məşğulluq, kənd təsərrüfatı, şəhid vəmüharibədə yaralananların ailə üzvləri üçün peşə hazırlığı,uşaqların fərdi inkişafı, mədəniyyət, mədəni irsin qorunmasısahəsində sosial layihələr icra edilib. Bu layihələrin həyatakeçirilməsində Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi xüsusivurğulanıb. Qarşıdakı dövrdə isə elm, təhsil, səhiyyə, idman,qadınların məşğulluğu, sosial infrastruktur və digər sahələrdə yenitəşəbbüslərin icrasının planlaşdırıldığı diqqətə çatdırılıb.
Görüş zamanı vətəndaşların müraciətləri dinlənilib, yenitəkliflər müzakirə edilib. Görüşdə, həmçinin vətəndaşlarınqaldırdıqları məsələlər araşdırılması və mövcud qanunvericilikçərçivəsində həll edilməsi üçün qeydiyyata alınıb.
Qeyd edək ki, “AzerGold” QSC tərəfindən hədəf qruplarınayönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində kənd sakinləriilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.