EN

Rusiyadan azərbaycanlılara qarşı növbəti RƏZALƏT - Ailə deportasiya edildi

Sankt-Peterburqda baş vermiş yeniyetmələr arasında davaya görə Azərbaycan vətəndaşı olan ailə ölkədən deportasiya olunub.

Bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Daxili İşlər Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə iyunun 30-da Bolşevikov prospektində qeydə alınıb.

İstintaq zamanı məlum olub ki, Talmann küçəsində yaşayan yeniyetmə virtual mübahisə etdiyi şəxslə real görüş təyin edib. Lakin həmin görüşə 13 yaşlı azərbaycanlı tək yox, iki dostu ilə birlikdə gəlib. Hadisə zamanı 16 yaşlı Peterburq sakini döyülüb, şübhəlilər isə hadisə yerindən qaçıblar.

Hadisə ərazisindəki müşahidə kameralarının görüntüləri və şahidlərin ifadələri sayəsində hüquq-mühafizə orqanları hadisənin əsas iştirakçısının şəxsiyyətini müəyyənləşdiriblər. O, atası ilə birlikdə polis bölməsinə gətirilib.

Hadisə ilə bağlı aparılan istintaq zamanı hücumda iştirak edən yeniyetmə və onun atası saxlanılıb. Valideynlər, bacı-qardaşlar və davada iştirak edən yeniyetmə daxil olmaqla bütün ailə Azərbaycana deportasiya edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Yekaterinburqda OMON dəstələri azərbaycanlıların yaşadığı ünvanlara basqın ediblər. Hadisə nəticəsində iki nəfər döyülərək öldürülüb, bir neçə nəfər saxlanılıb.

 

Chosen
31
21
7news.az

10Sources