AZ

İki azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində rus və azərbaycalı yeniyetmələr arasında dava düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

 

Münaqişə nəticəsində davanın təhrikçisi kimi təqdim olunan 13 yaşlı oğlanın və onun 15 yaşlı “şərikinin” ailələri Rusiyadan qovulub.

 

Məlumatda qeyd edilir ki, iyunun 30-da 16 yaşlı yeniyetmə 13 yaşlı Azərbaycan vətəndaşı ilə sosial şəbəkədə mübahisəli yazışması səbəbindən döyülərək xəstəxanaya yerləşdirilib.

 

Belə iddia olunur ki, azərbaycanlı yeniyetmə görüşə tək gəlməyib və dava gəncin xəstəxanaya yerləşdirilməsi ilə yekunlaşıb.

 

Mübahisədə iştirak edən digər 15 yaşlı Azərbaycan vətəndaşı da ailəsi ilə birlikdə deportasiya edilib.

Seçilən
3
3
modern.az

10Mənbələr