Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını Rusiyadan deportasiya etmək qərarına gəlib.
Sfera.az xəbər verir ki, bu barədə "Fontanka" nəşrinə Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.
Polisin məlumatına görə, Sankt-Peterburqun 16 yaşlı sakininə hücumda iştirak edən şəxs ailəsi ilə birlikdə Azərbaycana deportasiya ediləcək.
Daha əvvəl, münaqişənin digər iştirakçısı olan 13 yaşlı azərbaycanlı yeniyetməyə qarşı da miqrasiya tədbirləri görülüb. Onu valideynləri, qardaşı və bacısı ilə birlikdə deportasiya etmək qərarına gəliblər.