EN

ABŞ TƏŞVİŞDƏ: İran Hörmüz boğazında bunu edəcək KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, İran ordusu ötən ay Fars körfəzində bəzi gəmilərə dəniz minaları yerləşdirib. Bu addım Vaşinqtonda Tehranın Hörmüz boğazını mühasirəyə almaq niyyətində olduğuna dair ciddi narahatlıqlar yaradıb.

KONKRET.az xəbər verir ki, hələ istifadəyə verilməmiş minaların bölgədə yerləşdirilməsi İranın bu strateji su yolunu bağlamağa hazırlaşdığı ehtimalını gücləndirir. Belə bir ssenari həm regional sabitliyi təhdid edə, həm də beynəlxalq ticarətə ciddi zərbə vura bilər.

Qeyd edək ki, dünya üzrə neft və qaz tədarükünün təxminən 20%-i məhz Hörmüz boğazından keçir. Bu ərazidə hər hansı blokada və ya gediş-gəlişin məhdudlaşdırılması, qlobal enerji bazarlarında qiymətlərin kəskin artmasına səbəb ola bilər.

Hadisə regionda onsuz da gərgin olan siyasi münasibətləri daha da kəskinləşdirə bilər. ABŞ tərəfi vəziyyəti yaxından izlədiyini və gedişata uyğun tədbirlər görəcəyini açıqlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
50
konkret.az

10Sources