EN

Qazaxın icra başçısı bir qrup polis əməkdaşını təltif etdi FOTOLAR

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da bu əlamətdar gün qeyd edilib.

"Unikal" xəbər verir ki,  2 iyul – polis işçilərinin peşə bayramı ilə əlaqədar Qazax Rayon Polis Şöbəsinin akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, təqaüddə olan veteran polislər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Dahi şəxsiyyətin adını daşıyan Mərkəzdə həyat və fəaliyyətini özündə əks etdirən stendlərlə tanış olublar.

Sonra Qazax Rayon Polis Şöbəsinin akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı öz xidməti vəzifəsini şərəf və ləyaqətlə yerinə yetirərək Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının, eləcə də bütün şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə bütün şəxsi heyəti, veteran polis əməkdaşlarını, torpaqlarımızın müdafiəsi uğrunda Şəhidlik zirvəsinə ucalmış və xidməti borcunu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının ailə üzvlərini ürəkdən təbrik edib, möhkəm cansağlığı, xoşbəxtlik, səadət, çətin, lakin çox şərəfli xidmətlərində yeni-yeni uğurlar arzulayıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək polis əməkdaşlarını salamlayıb, səmimi ürək sözlərini çatdıraraq 107 illik tarixi bir yol qət edən Azərbaycan Polisi əməkdaşlarının peşə bayramı münasibətilə Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov başda olmaqla, bütün polis işçilərini təbrik edib. Azərbaycan Polisinin ölkəmizdə ictimai sabitliyin təmin olunmasındakı rolundan danışan icra başçısı bildirib ki, daxili işlər orqanlarında xidmətə hazırlığın yüksəlməsi, intizamın artması, mənəvi psixoloji durumun və sosial müdafiənin yaxşılaşdırılması, peşəkar kadr özəyinin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Daha sonra Azərbaycan Respublikası Polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Qazax RPŞ-nin əməkdaşları xidmətdə əldə etdikləri yüksək nəticələrə, xidməti vəzifələrini nümunəvi və layiqincə yerinə yetirdiklərinə, cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə işində fərqləndiklərinə görə bir qrup polis əməkdaşı Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif ediliblər. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax Rayon Polis Şöbəsinin Əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı Hüseynov Musa Yusif oğluna, İctimai təhlükəsizlik bölməsinin rəisi, polis kapitanı Əsgərov Fuad Ramiz oğluna, Qazax RPŞ-nin Dövlət yol polisi bölməsinin rəisi, polis mayoru Baxışov Rəşad Soltan oğluna, Uçot - qeydiyyat və statistika işləri qrupunun kiçik inspektoru, polis baş serjantı Xudiyev Amil Arif oğluna, Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun operatoru, polis baş serjantı Məmmədov Məhəmməd Mehman oğluna, Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru, polis baş serjantı Məmmədov Həmid İnayət oğlu oğluna, İctimai təhlükəsizlik bölməsi sahəsinin polis nəfəri, polis serjantı Bayramov Rəvan Həsən oğluna, Budaqov Asiman Amil oğluna, post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Qəribov Hafiz Sahib oğluna səmimi təbriklərini çatdıraraq Fəxri Fərmanları təqdim edib.

Tədbirdə həmçinin, veteran polis işçiləri də hədiyyələrlə mükafatlandırılıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
unikal.az

3Sources