EN

Ağstafada da Polisi Günü qeyd olundu - Fotolar

Ağstafada Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları, veteran polislərin, şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Ağstafa RİH başçısı Seymur Orucov Azərbaycan Polisi Günü münasibətilə iştirakçıları təbrik edib.

O, polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

S.Orucov Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində ölkəmizdə formalaşmış ictimai-siyasi sabitlikdən də söz açıb. O, respublikamızın hər yerində olduğu kimi, Ağstafada da ictimai-siyasi sabitliyin möhkəmləndirilməsində rayon polis şöbəsinin şəxsi heyətinin rolunu qeyd edib.

Digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyev tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Qeyd ediblər ki, hüquq-mühafizə orqanları fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurub. Azərbaycan bu gün cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın qabaqcıl dövlətlərindən biridir.

Sonda bir qrup polis əməkdaşı fəxri fərmanla təltif olunub.










Chosen
22
2
qafqazinfo.az

3Sources