EN

Netanyahunun oğlu bu ölkəyə köçdü: İsraillə bağlı şok faktları açdı

İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu, ölkəsini tərk edərək ABŞ-a köçüb.

Publika.az xəbər verir ki, o, İsraildə həyatına təhlükə olduğunu iddia edib və ölkədə “dərin dövlət”in fəaliyyət göstərdiyini bildirib.

Türkiyə mediası yazır ki, Yair Netanyahu bu barədə verdiyi açıqlamada İsrailin daxili siyasətində gizli güclərin rol oynadığını və bu quruluşun ABŞ-dakı dərin dövlətin bir uzantısı olduğunu deyib:

“İsrail dərin dövləti Amerikanın dərin dövləti ilə eyni mərkəzdən idarə olunur. Bu quruluş demokratik qərarları manipulyasiya edir və xalqın iradəsini pozur”.

Yairin sözlərinə görə, İsraildə baş verən son hadisələr ABŞ-ın dəstəyi ilə həyata keçirilən növbəti “rəngli inqilab” planının tərkib hissəsidir.

Chosen
24
publika.az

1Sources