"Beşiktaş" hücumçusu Çiro İmmobile ilə müqaviləni ləğv etmək üçün razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, razılaşmaya əsasən "qara qartal" italiyalı futbolçuya 2.5 milyon avro ödəyəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İmmobile ötən ilin yayında "Beşiktaş"a transfer olub. Onun klubla gələn ilin yayına qədər sözləşməsi var idi.

İtaliyalı hücumçunun karyerasını vətənində davam etdirəcəyi gözlənilir. "Bolonya" təcrübəli futbolçunu heyətinə qatmağa yaxındır.