AZ

Kərəm Dəmirbay “Qalatasaray”ı “Eyüpspor”a dəyişdi

Futbol üzrə Almaniya yığmasının keçmiş yarımmüdafiəçisi Kərəm Dəmirbay Türkiyə çempionu “Qalatasaray”dan ayrılıb.

Arena.az xəbər verir ki, o, bundan sonra Super Liqanın digər təmsilçisi “Eyüpspor”da çıxış edəcək.

Bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. 31 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Almaniyada dünyaya göz açmış Kərəm Dəmirbay Dortmund “Borussiya”sının yetirməsidir. O, peşəkar karyerasına “Hamburq”da başlayıb. “Kayzerslautern”, “Fortuna” (Düsseldorf) və “Hoffenhaym”da da oynamış təcrübəli futbolçu 2019-cu ildən “Qalatasaray”a keçənə kimi “Bayer”in uğurları üçün çalışıb. O,

Kərəm 2023-cü ilin yayında qoşulduğu “Qalatasaray”da bütövlükdə 76 oyun keçirib, 7 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Türkiyənin U-19, U-20 və U-21 yığmalarında oynamasına baxmayaraq, Dəmirbay 2017-ci ildə Almaniya millisində debüt edib. Amma o, bu komandada cəmi 2 oyun keçirib və 1 qolla yadda qalıb.

“Transfermarkt” internet-portalı 32 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 2,3 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
19
22
arena.az

10Mənbələr