EN

“Cənubi Qafqazın lideri Azərbaycandır” – Rusiyaya sərt mesaj

“Qafqazda hər şey barıt üzərində qurulub. Bir ehtiyatsız hərəkət və partlayış olacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Andrey Luqovoy deyib.

O, bildirib ki, Bakıda öz evimizi təmizlədiyimiz üçün üzr istəməyimizi gözləyirlərsə, qoy bunu unutsunlar. Rusiya sürünmür!

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasətçi-jurnalist Cavanşir Abbaslı bildirib ki, Ruusiya Dövlət Dumasının deputatının fikirlərində haradasa həqiqət var. Doğrudan da Qafqaza hər şey barıt üzərində qurulub.

C. Abbaslının sözlərinə görə, Rusiya Dövlət Dumasının deputatı unutmasın ki, bütün bu durumun yaranmasında başlıca səbəbkar Rusiyadır. Kreml daim Qafqazı qarışdırmaqla məşğul olub. Öz imperiya maraqlarından geri çəkilmək istəmədiyini dəfələrlə sübut edib. Ən yüksək, məmurlar səviyyəsində, hətta pre səviyyəsində bunu dəfələrlə bəyan da edib. Amma unutmasınlar ki, Azərbaycan əvvəlki Azərbaycan deyil. Hər bir dövlətin öz imici var. Hər bir dövlət də öz imicini qorumağa çalışır. Azərbaycan da öz imicini bu proseslərdə qorumağa çalışdı. “Mən güclüyəm” deyib kiçik sandığı ölkələri sən əzə bilməzsən. Supergüc Ola bilərsən, amma bu o demək deyil ki, digər ölkələri özündən asılı vəziyyətə salmağa cəhd edəsən. Bunun üçün də onun vətəndaşlarını aşağılaya, işgəncələrə məruz qoyub qətlə yetirəsən. Güclü olmaq o demək deyil ki, bütün ölkələr sənin vassallığını qəbul etməlidir. Dünya artıq əvvəlki dünya deyil. Keçmiş əsrlərdəki mövcud qanunlar artıq işləmir. Görünür Rusiya hələ də keçmiş düşüncədə qalıb. Ona görə də imperiya maraqlarından əl çəkmək fikrində deyil. Keçim SSRİ-nı, ÇAR Rusiyasını hələ də xəyal edir. Amma bu heç vaxt mövcud olmayacaq. Bir sıra ölkələr var ki, onların daxilində milli-etnik qruplar var. O qruplar da unutmasın ki, zamanı gələndə öz müstəqilliklərini əldə edəcəklər. Deputat bu fikirlərində yenə də təhdid ritorikasından istifadə edir. Kimsə demir ki, Rusiya sürünür. Unutmasınlar ki, Azərbaycanda da sürünmür! Azərbaycan onlar üçün Ermənistan, Gürcüstan deyil. Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Bunu da bütün dünya qəbul edir. Rusiya bəlkə xəyal edir ki, Ermənistana davrandığını kimi Azərbaycana da davrana biləcək. Amma qətiyyən unutmasınlar ki, Azərbaycan öncəliklə nə Ermənistan nə də Gürcüstan deyil. Azərbaycan hər zaman balanslı siyasətinə sadiqdir. Bunu dəfələrlə sübut edib. Şimal və Cənub qonşumuzla bağlı gərginliklərdə öz tərəfsizliyini göstərib. Amma təəssüflər olsun ki, Azərbaycanın bu səmimi, müttəfiqliyə sadiq davranışlarından bəzən sui-istifadə olunur. Bəzən bu layiqincə qiymətləndirilmir. Azerbaycandan da təbii ki, yüz ölçüb bir biçir. Digər qonşumuz İran da Rusiyadan ibrət dərsi götürməlidir. Bu dəqiqə bütün dünya Azərbaycanla əməkdaşlığa can atır. Onun üçün də region ölkələrdə Azərbaycan kimi bir müttəfiqi itirməməlidirlər.

Dəniz Pənahova

Chosen
11
1
tribunainfo.az

2Sources