"Atletiko" sıralarına yeni futbolçu cəldb edib.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi "Vilyarreal"dan Aleks Baenanı heyətinə qatıb. 23 yaşlı cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.
"Atletiko" bu keçid üçün "Vilyarreal"!a 45 milyon avro ödəyib.
Baena ötən mövsüm La Liqada 32 matçda 7 qol vurub və 9 məhsuldar ötürmə verib.