İngiltərənin “Brayton” klubu 2025/2026 mövsümündə istifadə olunacaq yeni səfər formasını ictimaiyyətə təqdim edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, bu, “Nike” ilə əməkdaşlıq müddətində ilk dəfədir ki, həm klubun loqosu, həm də “Nike Swoosh” işarəsi formanı mərkəzdən bəzəyir.
Yeni dizayn iki tonlu bənövşəyi rəng çaları, qalın mərkəzi zolaq, qol bəzəkləri və yan xəttlərlə seçilir.
Xatırladaq ki, “Brayton” 2024/2025 mövsümünü İngiltərə Premyer Liqasında 61 xalla 8-ci pillədə başa vurub. Mövsümün çempionu isə 84 xalla “Liverpul” olub.