Fransalı hücumçu Floryan Toven “Udineze” ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı futbolçunun sözləşməsi 2026-cı ilin yayına qədər uzadılıb.
Komandanın kapitanı olan Toven geridə qalan mövsümdə A Seriyada 26 oyunda iştirak edib, 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun çıxışı “Udineze”nin elitada qalmasında mühüm rol oynayıb. Komanda mövsümü turnir cədvəlinin 12-ci pilləsində tamamlayıb.
Toven “Udineze”yə 2023-cü ilin yayında qoşulub. Karyerası ərzində o, “Marsel”, “Nyukasl”, “Lill”, Meksikanın “Tiqres” klubu və digər komandaların formasını geyinib.