AZ

Şeymus Koulman “Everton”la yeni müqaviləyə imza atdı

“Everton” “qənnadçılar”ın veteran kapitanı, 36 yaşlı irland sağ cinah müdafiəçisi Şeymus Koulman ilə müqaviləsinin müddətini uzadıb.

Arena.az bu barədə “Everton”un mətbuat xidmətinə istinadən məlumat verir.

Yenilənmiş müqavilənin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.

Şeymus Koulman karyerası ərzində “Slayqo Rovers” və “Blekpul”da oynayıb. “Everton” irland müdafiəçini 2009-cu ilin yanvar ayında 70 min avro məbləğ müqabilində “Slayqo Rovers”dən tamhüquqlu əsasda “qənnadçılar”ın düşərgəsinə qatıb.

Geridə qalmış mövsümdə Koulman “Everton” üçün 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Koulmanın “qənnadçılar” üçün çıxışının ümumi mənzərədi 428 oyun, 28 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, cari ildə Koulman “Everton”da baş məşqçi səlahiyyətlərinin müvəqqəti icraçısı olaraq da çalışmağa macal tapıb.

Koulman hazırda kapitanı olduğu, 2011-ci ilin fevral ayında debüt etdiyi İrlandiya Respublikası yığmasının heyətində 73 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.

Uzun karyerasına rəğmən, veteran Koulman futbolda bir qənimət belə, qazana bilməyib.

“Transfermarkt” internet-portalı 36 yaşlı irland müdafiəçinin transfer dəyərini 500 min avro məbləğində qiymətləndirir.

Seçilən
23
6
arena.az

10Mənbələr