AZ

Ola Aina “Nottingem Forest”lə müqaviləsini uzatdı

“Nottingem Forest” klubu müdafiəçi Ola Aina ilə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, nigeriyalı futbolçunun yeni sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Premyer Liqanın geridə qalan mövsümündə Aina 35 oyunda forma geyinərək 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Bu, onun “Nottingem Forest”də keçirdiyi ikinci mövsüm idi.

Xatırladaq ki, Nunu Eşpiritu Santunun rəhbərlik etdiyi “Nottingem Forest” ötən mövsümü Premyer Liqada 7-ci sırada tamamlayaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Seçilən
4
4
90deqiqe.az

10Mənbələr