EN

Gəncədə də Polis Günü qeyd olundu - Fotolar

Gəncədə 2 İyul – Azərbaycan Polisi Günü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Gəncə şəhər rəhbərliyi iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ulu Öndərin Heydər Əliyev Mərkəzinin önündə ucaldılan abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən toplantıda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ulu Öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının fəaliyyətində dönüş yaranıb, mütəşəkkil cinayətkarlıq, korrupsiya, terrorizm və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir, Azərbaycan polisinə göstərilən diqqət və qayğı nəticəsində daxili işlər orqanlarının maddi-texniki bazası gücləndirilib, əməkdaşların sosial rifahı yaxşılaşdırılıb. Həyata keçirilən islahatlar polis əməkdaşlarının peşəkarlıq səviyyəsinin və məsuliyyət hissinin artmasına zəmin yaradıb.

Tədbirdə vurğulanıb ki, Gəncə şəhərində də Azərbaycan polisi ictimai asayişin qorunmasında, təhlükəsizliyin təmin olunmasında və kriminogen durumun nəzarətdə saxlanılmasında mühüm rol oynayır.

Sonda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq Sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup polis əməkdaşı 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə “Fəxri fərman”la təltif olunub.

Tədbirin yekununda xatirə şəkli çəkdirilib.









Chosen
3
1
qafqazinfo.az

2Sources