
"Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak ukraynalılara ABŞ-dan hərbi yardımın dayandırılması ilə bağlı yayılan xəbərlərə emosional reaksiya verməmək çağırışı edib"
Olaylar xəbər verir ki, bu barədə Telegram kanalında yazıb:
"Biz işləyirik, müdafiə ilə bağlı gur başlıqlara az reaksiya verin, yalnız rəsmi məlumatlar əhəmiyyətlidir," - deyə o bildirib.
Bundan öncə The New York Times qəzeti ABŞ-ın Kiyevə hərbi təchizatı dayandırmasını Vaşinqtonun Ukrayna münaqişəsindən uzaqlaşmasının bir siqnalı kimi qiymətləndirib.
The Washington Post yazıb ki, ABŞ-ın bu qərarı ukraynalı rəsmiləri hazırlıqsız yaxalayıb.
Politico isə iyulun 2-nə keçən gecə xəbər verib ki, Pentaqonun anbarlardakı ehtiyat çatışmazlığı səbəbindən Ukraynaya yüksək dəqiqlikli sursatlar və hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsini dayandırdığı bildirilir.